Arı xəstəlikləri ilə bağlı təqdimat keçirilib

             Kənd  Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə universitetidə arıçılıqda xəstəliklərlə bağlı təqdimat keçirilib. Cari ilin 3-4 fevral tarixlərində Bakıda 4-cü arıçılıq konqresi baş tutub. Həmin konfrans çərçivəsində ilk olaraq İsmayıllı rayonunda peşə yönümlü təqdimat olub. Daha bir təqdimat isə “Arı sağlamlığı” adı ilə  Universitetin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsində keçirilib. Təqdimatda fakültənin müəllim və tələbələri ilə birgə arıçılıqla məşğul olan iş adamları da iştirak edib. Əvvəlcə fakültə dekanı Telman İsgəndərov bu sahənin vacibliyini vurğulayıb və təqdimatın gedişinə uğur arzulayıb. Təqdimatı Türkiyənin Bursa şəhərindəki Uludağ Universitetinin professoru, doktor Levent Aydın edib, arıçılıqda xəstəliklərlə bağlı iştirakçılara geniş və elmi məlumatlar verib. Təqdimat qarşılıqlı dialoq formasında aparılıb. Müəllim və tələbələri, eləcə də arıçıları maraqlandıran suallar cavablandırılıb, təkliflər dinlənilib, arçılığın inkişafı istiqamətində vacib məsələlərdən danışılıb. Mövcud xəstəliklərin qarşısının alınmasında elmi yanaşmanın əhəmiyyəti diqqətə çatdırılıb.