Aqrobiznes və idarəetmə fakültəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd edilib

           ADAU-nun İctimai elmlər  və multikulturalizm   kafedrasının əməkdaşları Aqrobiznes və idarəetmə fakültəsində Ümummilli lider H.Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan “Müstəqil Azərbaycan  Ulu öndər Heydər Əliyev dühasının işığında” adlı konfrans keçirib.

Konfrans Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə   başlayıb. Konfransı giriş sözü ilə açan İctimai elmlər və multikulturalizm kafedrasının müdiri, professor Azad Bayramov  Ulu öndər H. Əliyevin  Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən danışaraq  qeyd edib ki,  Azərbaycanın uğurlu inkişafı , məhz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət  sayəsində  təmin edilib.  Onun sözlərinə görə Heydər Əliyevin düşünülmüş, müdrik və qətiyyətli siyasəti nəticəsində  ölkəmiz inkişaf yoluna çıxıb. Professor  onu da əlavə edib ki, Ümummilli lider Heydər Əliyev  müasir Azərbaycan dövlətçiliyinin  siyasi və iqtisadi əsaslarını yaradan tarixi şəxsiyyət, nüfuzlu rəhbər kimi  çağdaş tariximizdə  əbədiyaşarılıq qazanıb.

Baş müəllimlərdən Z. Qəhrəmanova, S. Qasımova , I kurs tələbələri Samirə Quluyeva, Toğrul Məmmədov, Aygün Sultanova, Həsən Məmmədov və  Nurlana Əslibəyova çıxış edərək Ulu Öndər Heydər Əliyevin keçdiyi  həyat yolundan  və Azərbaycan tarixində  onun əvəzsiz  xidmətlərindən geniş söhbət açıblar. Qeyd ediblər ki, Azərbaycan xalqı və dövləti yaşadıqca Heydər Əliyev ideyaları da yaşayacaq.