ADAU-nun tələbə evində Gənclər günü qeyd edilib

Azərbaycan Dövlət Aqrar Universitetinin 2 saylı tələbə evində Gənclər günü ilə əlaqədar tədbir keçirilib. Tələbələr qarşısında çıxış edən Tərbiyə işləri üzrə prorektor Aidə Qasımova bildirib ki,  2 fevralın Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.  Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsas qoyuldu. 1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyev dəstəyi ilə gənclərin 1-ci forumu keçirildi. 1997-ci ildən isə Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başladı. Əsası Ulu Öndər tərəfindən tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişib.

A. Qasımova onu da deyib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilr. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verib,  onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayıb, fəal gənclər ordusu yaranıb.

Bu gün qətiyyətlə deyə bilərik ki, Aqrar Universitetdə də fəal gənclər çoxdur və onların hər biri təhsildə, ictimai həyatda nümunə olacaq formada yetişib. Onların hər biri Prezident  İlham Əliyevin uğurla apardığı daxili və xarici siyasəti  alqışlayr, bu siyasətin icrasında daim onun yanındadır.

Tədbirin sonunda Universitetin təhsil və ictimai həyatında fəal olan bir qrup tələbəyə fəxri fərmanlar verilib.