ADAU-nun rektoru bu dəfə Baytarlıq fakültəsinin 1-ci kurs tələbələri ilə görüşüb

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bu dəfə Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin birinci kurs tələbələri ilə görüşüb.

Görüşdə prorektor, dekan və şöbə müdirləri də iştirak edib.  Tələbələr qarşısında çıxış edən rektor İbrahim Cəfərov deyib ki, siz universitetimizdə təhsil aldığınız illəri səmərəli keçirəcəksiniz. Burda seçdiyiniz ixtisaslar üzrə mükəmməl kadr olmaq üçün hər şərait yaradılıb. Dövlət gənclərin təhsilinə, həyatda layiqli yer tutmasına qayğı ilə yanaşır. Bu qayğı Aqrar təhsildə daha güclü hiss edilir və ən əsası sizin təhsil haqqınız dövlət tərəfindən ödənilir.

Universitetin Tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova, fakültə dekanı Qalib Dünyamalıyev isə daxili intizam qaydalarında danışıb, yaradılan şərait haqqında ətraflı məlumat veriblər. Bu il Baytarlıq təbabəti və zoomühəndislik fakültəsininə 285 nəfər tələbə qəbul olub.

Sonda rektor İbrahim Cəfərov tələbələrin suallarını cavablandırıb.