ADAU-nun əməkdaşları və tələbələri pambıq sahələrində müşahidə aparırlar

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU)  Aqronomluq fakültəsinin bir qrup əməkdaşı və tələbələri pambıqçılığın vəziyyətinin öyrənilməsi ilə əlaqədar Bərdə rayonunun Alpoud və Qaradəmirçi kəndlərində pambıq sahələrində olublar. Təsərrüfatlarda aqrotexniki işlərin gedişi, becərilmə texnologiyası, suvarma, gübrələnmə, kultivasiya, zərərverici və xəstəliklərə qarşı mübarizə tədbirlərinin mövcud vəziyyətinə dair müşahidələr aparılıb. “MKT İstehsalat Kommersiya” MMC Bərdə filialının istehsalat şöbəsinin müdiri Cavad Cavadov, Bərdə rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Vüqar İsmayılov fakültənin nümayəndələri ilə bərabər fermer Faxrəddin Məmmədovun nümunəvi pambıq sahələrində olub, burada əkilmiş “Ağ qızıl 6” və “Ağ qızıl 440” sortlarının becərilmə texnologiyasını müşahidə edib və təhlillər aparıblar. Həmin sahədə işləyən ADAU məzunlarının əməyi təsərrüfat rəhbərləri tərəfindən yüksək qiymətləndirilib.

Yolboyu becərilən digər kənd təsərrüfatı bitkiləri sahələrində də müşahidə aparılıbdır.