ADAU-da tələbələrin startap layihələrinin təqdimatı keçirilir

Azərbaycan Dövlət Aqrar Universitetidə (ADAU) tələbələrin innovativ ideyalarının dəstəklənməsi üçün hərtərəfli şərait mövcuddur. Yaradılmış yeni təsisatlar, o cümlədən aqrobiznes inkubasiya mərkəzi,  aqrokimya, toxumçuluq, qapalı və açıq balıqyetişdirmə,  kənd təsərrüfatı maşınlarının intellektual idarə edilməsi laboratoriyaları, quşçuluq, bildirçin, süni mayalanma tədris mərkəzləri, maşın-traktor parkı, heyvandarlıq kompleksi, bitki və baytralıq klinikaları, pataloji anatomiya muzeyi-auditoriyası tələbələrimizin innovativ ideyalarının, startap layihələrinin həyata keçirilməsinə geniş imkanlar yaratmışdır. Bu imkanlardan səmərəli istifadə etmək, tələbələrin startap ideyalarını dəstəkləmək və elmə olan marağının stimullaşdırmaq məqsədilə  universitetdə startap layihələrinin müsabiqəsi elan olnmuşdur. Müsabiqəyə universitetdə istehsal olunan məhsulların “ADAU brendi”nin yaradılması, ADAU-da qida dəyəri zəncirinin inkişafı, aqrar yönümlü universitetlərdə texnoloji parklar, ekoloji kənd təsərrüfatı məhsullarının marketinqi, elektron kənd təsərrüfatı, aqrar sahədə alternativ enerji mənbələrindən istifadə, kənd təsərrüfatında mütərəqqi suvarma üsullarının tətbiqi, kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərdən qorunması, ADAU-da “yaşıl market”in yaradılması  istiqamətləri üzrə layihələr təqdim olunur. Tələbələrin təqdim etdiyi layihələrin universitetin Aqrobiznes İnkubasiya Mərkəzində təqdimatı təşkil olunur. Xatırladaq ki, layihələrin təqdim olunmasının son tarixi 20 dekabr 2017-ci ildir.