ADAU-da Prezident İlham Əliyevin fəaliyyətinin 15 illiyi ilə əlaqədar ağacəkmə kompaniyası keçirilib

Bu gün cənab  İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətinin 15 ili tamam olur. Bu münasibətlə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ağacəkmə kompaniyası keçirilib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun iştirakı ilə 50 ədəd çinar ağacı, 500 ədəd qızılgül kolları ADAU-nun Tələbə evləri və tədris korpuslarının həyətində əkilib.