ADAU-da aqroparkın yaradılması və baytarlıq klinikasının marketinq strategiyasının müzakirəsi keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində aqroparkın yaradılması və yeni yaradılan baytarlıq klinikasının marketinq strategiyasının müzakirə edildiyi tədbirdə ADAU-nun rektoru İbrahim Cəfərov iştirak edib, bu istiqamətdə öz məsləhətlərini verib, işlərin sürətli və daha keyfiyyətli aparılmasının vacibliyini vurğulayıb. 

Azərbaycan Dövlət Aqrar Universitetinin mətbuat xidmətindən verilən məlumata görə, müzakirə zamanı son illər ADAU-da aparılan məqsədyönlü işlər nəticəsində müxtəlif istiqamətlərdə laboratoriyalar və istehsala yönələn imkanların artırıldığı, bu potensialın səmərəliliyinin yüksək olması üçün dəyər zəncirinin yaradılması və mövcud imkanların ictimaiyyətə daha dolğun çatdırılması məqsədilə işlək və çevik biznes-planların işlənilməsinin vacibliyi qeyd edilib.

Bildirək ki, işgüzar müzakirədə maraqlı fikirlər və təkliflər səsləndirilib.

http://ganjanews.az/2017/11/24/t%C9%99hsil/adau-da-aqropark%C4%B1n-yarad%C4%B1lmas%C4%B1-v%C9%99-baytarl%C4%B1q-klinikas%C4%B1n%C4%B1n-marketinq-strategiyas%C4%B1n%C4%B1n-m%C3%BCzakir%C9%99si-ke%C3%A7irilib.html