ADAU-da 18 gənc akademik məsləhətçi (tyutor) vəzifəsinə qəbul edilib

Azərbaycan Dövlət  Aqrar Universitetində (ADAU) Bolonya prosesinin tələblərinə uyğun olaraq, kredit sistemi ilə təhsil alan tələbələrə kömək göstərmək məqsədi ilə 2017/2018-ci tədris ili üzrə akademik məsləhətçi (tyutor) vəzifəsini tutmaq üçün müsabiqə elan edilmişdir. Müsabiqəyə sənəd təqdim edənlər üçün universitetdə kurs təşkil edilmişdir. Kursu müvəffəqiyyətlə başa vuran 18 gənc akademik məsləhətçi (tyutor) vəzifəsinə qəbul olunmuşdur. Bu münasibətlə təşkil olunan görüşdə universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, dövlətimizin gənclər siyasətinə uyğun olaraq ADAU-da gənc kadrlara üstünlük verilməsi, universitet heyətinin yaş qrupları üzrə quruluşunda gənclərin xüsusi çəkisinin artırılması həmişə diqqət mərkəzində saxlanılır. Eyni zamanda bildirilib ki, akademik məsləhətçi (tyutor) vəzifəsində qəbul edilən gənclər gələcəkdə pedaqoji fəaliyyət göstərmək üçün baza rolunu oynayır.

Sonda işə qəbul edilən gənclər dövlətimizin gənclər siyasətini çox yüksək qiymətləndirdiklərini bildiriblər və öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərinə söz veriblər.