ƏSASLI KİTABXANA

Azərbaycan Dövlət Aqrar Universitetinin əsaslı kitabxanası 1929-cu ildən fəaliyyət göstərir. Kitabxana mühəndislik korpusunda yerləşməklə sahəsi 1907 kv.metr, ümumi fondu 643417, kitab fondu 441414 ədəddir. Yüksək sürətli və fasiləsiz internet, 66 ədəd kompyuter, 2 printer və digər informasiya texnologiyaları avadanlıqları oxucuların kitabxananın fondundan səmərəli istifadə etmələrinə geniş imkanlar yaradır.

Burada aşağıdakı struktur vahidləri fəaliyyət göstərir: Kitabların toplanması, yerləşdirilməsi, inkişafı, mövzular üzrə ayrılması, kataloq və qruplaşdırılması şöbəsi; Xarici ədəbiyyat şöbəsi; Beynəlxalq mərkəz; Oxu zalı şöbəsi;  Dissertasiya, tesizlərin xülasəsi, qəzet və jurnal şöbəsi; Oxu zalının kitablarla təminatı şöbəsi; Elmi öyrənmə və ədəbiyyat saxlama şöbəsi; Elektron kitabxana; Abunəçilərə xidmət şöbəsi; Türk dünyası universitetlərinin əlaqə mərkəzi.

Türk dünyası universitetlərinin əlaqə mərkəzində Ümummilli lider Heydər Əliyev və Mustafa Kamal Atatürk haqqında 500-dən çox kitab, jurnallar və başqa ədəbiyyatlar mövcuddur.

Kitabxananın aqronomluq, baytarlıq təbabəti və zoomühəndislik, aqrotexnologiya fakültələrində, tələbə yataqxanalarında filialları mövcuddur.