Erasmus+ Polşa

ERASMUS + layihəsi 2014-2020-ci illərdə təhsil, təlim, gənclər və idman sahələrində tədbirlər və böyük qrantlar təşkil edən Avropa Birliyi Proqramıdır. Erasmus + layihəsi çərçivəsində bütün tələbələrə, doktorantlara və işçi heyətlərinə böyük imkanlar, təhsil  sahəsində əməkdaşlıq proqramları təklif olunur. Bu layihənin fərdi öyrənənlərin bacarıq əldə etmələrinə  kömək etmə, öz peşəkar inkişafını dəstəkləmə və digər mədəniyyətləri ətraflı öyrənmə potensialı var. Bundan başqa, bu layihə təhsil imkanlarının artırılmasını, təhsilə cəlb olunmanı və iştirak edən təşkilatları beynəlxalq aləmdə dəstəkləyir. Onların Avrasiya regionundan, Qərbi Balkanlardan, Cənub-Aralıq dənizi ölkələri və Cənubi Afrikadan olan 15 ölkə və 21 təşkilatı əhatə edən və Polşa – Təbiət Elmləri Varşava Universiteti tərəfindən əlaqələndirilən  geniş coğrafi əhatə dairəsi var. Təklif olunan layihənin əsas məqsədi Polşa və əməkdaşlıq edən ölkələrin təşkilatları arasında təbiət  elmləri, kənd təsərrüfatı, biologiya, qida elmləri, ətraf mühit və texnologiya istiqamətində təhsil alan tələbələr, doktorantura namizədləri və müəllim heyəti mübadiləsini həyata keçirməkdir.

___________________________________

Əlaqələndirici şəxs : Nərmin Şəfiyeva

Ünvan : Azərbaycan Dövlət Aqrar Universiteti 262 Atatürk prospekti, AZ2000 Gəncə, Azərbaycan

http://www.adau.edu.az Nərmin Şəfiyeva

e-mail: narminshafiyeva88@gmail.com

tel: 00994 222 563 356

Müraciət edən tələbələrin bakalavr, magistr, doktorantura üzrə  tərəfdaş universitetlərin birində proqramı seçmə imkanları var.