John Deere təlim mərkəzi

ADAU-nun Mühəndislik fakültəsinin Kənd təsərrüfatı texnikası kafed­rası nəzdində fəaliyyət göstərən “NEW HOLLAND” (şirkətin əsası 1895-ci ildə ABŞ-ın Pensilvaniya ştatının New Holland şəhərində qoyulmuşdur) laboratoriyası 2015/2016-cı tədris ilində həmin şirkəti təmsil edən Az.Texnika şirkəti tərəfindən, “JOHN DEERE” (şirkətin əsası 1837-ci ildə ABŞ-ın İllinoys ştatının Molin şəhərində qoyulmuşdur) laboratoriyası isə 2017-ci ildə həmin şirkətin təmsilçiləri tərəfindən quraşdırılaraq istifadəyə verilmişdir.

John Deere təlim mərkəziJohn Deere təlim mərkəziJohn Deere təlim mərkəzi

Bu laboratoriyalarda quraşdırılmış avadanlıqlarda və simulyatorlarda torpağın becəril­mə­si, məhsulun yığılması və digər kənd təsərrüfatı işlərinin real təsərrüfat şəraiti rejimində yerinə yetirilməsi nəzərdə tutulmuşdur.

Aqromühəndislik, aqronomluq, menecment və digər ixtisaslarda təhsil alan tələbələr laborator-paraktiki dərslərin və tədris təcrübələrin keçirilmə­sində həmin laboratoriyaların imkanlarından geniş istifadə edərək praktiki vərdişlərə yiyələnirlər.

Sosial şəbəkələrdə paylaş: