Biotexnologiya mərkəzi

Bitkilərin mikroklonal çoxaldılması prosesi müasir dünyada ən çox tətbiq edilən çoxaldılma üsullarından biridir. Bu üsul vasitəsilə qısa müddət ərzində çoxlu sayda bitki əldə etmək mümkün olmaqla, invitro şəraitində virussuz, xəstəlikdən azad edilmiş bitkilər əldə olunur. Azərbaycan Dövlət Aqrar Universitetinin nəznində yaradılmış yeni Biotexnologiya mərkəzində bitkilərin müxtəlif stress amillərinə, xəstəliklərəqarşı davamlılığının müəyyən edilməsi məqsədilə bu istiqamətlərdə molekulyar analizlər həyata keçirilir.

Qərb bölgəsində yeni fəaliyyətə başlayan ilk biotexnologiya mərkəzi 2 istiqamətdə - elmi - tədqiqat və kommersiya məqsədli işlərin həyata keçirilməsi üçün nəzərdə tutulub. Laboratoriyalarda tədqiqatlar əsasən meyvə bitkilərinin invtro üsulu ilə mikroklonal yolla çoxaldılmasına yönəlib. “Bizim üzərində işlədiyimiz bitkilər içərsində gilas və şaftalının calaqaltıları xüsusi yer tutur. Üzüm portağal və dekorativ qızıl güllərində əkininə başlamışıq. Qeyd etdiyimiz bitikilərin müxtəlif stres amillərinə davamlılığı, xəstəliklərə qarşı dözümlülüyü yoxlanılır. İlkin olaraq bitkilərimiz hələ ki, iqlim otaqlarındadır. Adaptasiyaya çıxdıqları müddətdə biz onların digər mərhələlərdə geniş tədqiqatlarını aparacağıq.” – deyə mərkəzin elmi işçisi Pərvin Qənbərova bildirib.

Son illərdə calaqaltılara tələbatın artması, bu sahədə idxalın çoxalması ölkə üçün keyfiyyətli tinglərin və meyvə calaqaltıların əldə olunmasına zəmin yaradıb. ADAU-nun Biotexnologiya mərkəzində də bu istiqamətdə işlər davam etdirilir.

Mərkəzdə qida mühitinin hazırlanması və sterilizasiya otağı, iqlim otağı, əkin otağı və laboratoriyalar fəaliyyət göstərir. Mərkəz müasir cihaz və avadanlıqlarla təchiz olunub. Belə ki, burda olan “Real Time PCR” cihazı vasitəsilə invitro şəraitində yetişdirilən bitkilərdə hər hansı bir xəstəliyin olmasını və müxtəlif stress amillərinə davamlılığı müəyyən edilir. Bununlada gələcəkdə xəsətliklərdən azad olunmuş, sertifikatlaşmış bitkilər ölkə bazarlarına təqdim olunacaq.


Biotexnologiya mərkəzi

Biotexnologiya mərkəziBiotexnologiya mərkəziBiotexnologiya mərkəziBiotexnologiya mərkəziBiotexnologiya mərkəziBiotexnologiya mərkəzi
Biotexnologiya mərkəzi
Biotexnologiya mərkəziBiotexnologiya mərkəziBiotexnologiya mərkəzi
Biotexnologiya mərkəzi
Biotexnologiya mərkəzi
Biotexnologiya mərkəziBiotexnologiya mərkəziBiotexnologiya mərkəziBiotexnologiya mərkəziBiotexnologiya mərkəziBiotexnologiya mərkəziBiotexnologiya mərkəziBiotexnologiya mərkəziBiotexnologiya mərkəziBiotexnologiya mərkəziBiotexnologiya mərkəziBiotexnologiya mərkəziBiotexnologiya mərkəziBiotexnologiya mərkəziBiotexnologiya mərkəzi
Biotexnologiya mərkəziBiotexnologiya mərkəziBiotexnologiya mərkəziBiotexnologiya mərkəziBiotexnologiya mərkəziBiotexnologiya mərkəzi
Sosial şəbəkələrdə paylaş: