Aqrotexnologiya fakültəsi

Aqrotexnologiya fakültəsinin Qida məhsulları mühəndisliyi və ekspertiza kafedrası aşağıdakı istiqamətlərdə tədqiqat aparır:
-Resurs qoruyucu texnologiyaların tətbiqi ilə funksional qida məhsullarının hazırlanma texnologiyası;
-Bioloji dayanıqlılığının və funksionallığının yüksəldilməsi ilə içkilər istehsalı;
-Azərbaycan şərablarının, o cümlədən xüsusi tip şərabların hazırlanma texnologiyasının təkmilləşdirilməsi;
-Elektrotermiki üsulla şirə və natural şərablara bioloji stabillik və bəzi xüsusi tip şərablara tipiklik verilməsi.

Kafedrada aparılan elmi-tədqiqat işləri xammalın və qida məhsullarının ekoloji təhlükəsiz resurs qoruyucu emal, saxlanma texnologiyası və keyfiyyət ekspertizasına, Azərbaycan şərablarının hazırlanma texnologiyasının təkmiləşdirilməsinə, saxlanma və emal texnologiyasının işlənib hazırlanmasına yönəldilmişdir.

Kimya Kafedrası aşağıdakı istiqamətlərdə tədqiqat işləri aparılır.
-Bioloji aktiv maddələrin alınması və tədqiqatı
-Amarant bitkisinin biokimyəvi xüsusiyyətlərinin öyrənilməsi

Kafedrada aparılan elmi-tədqiqat işlərinin əsas məğzini və istiqamətini hazırkı bazar iqtisadiyyatı şəraitində aqrar sahənin inkişafı kontekstində, istər məhsulun keyfıyyətinin yüksəldilməsi, istərsə də istehsalın həcminin artırılması, sintez olunmuş maddələrdən bir çox xəstəliklərin müalicəsində dərman maddələri kimi istifadə olunması üçün tədqiq edilib öyrənilməsi və istehsalata tətbiq edilməsi məqsədi təşkil edir.

-I istiqamət üzrə alınmış yeni kompleks birləşmələr İQ-spekroskopiya, rentgen quruluş metodu və termoqrafik metodları ilə tədqiq olunmuşdur. Sintez olunmuş maddələr quşlar üzərində dərman preparatı kimi tətbiq edilmiş və tədqiqatın nəticəsinə görə ixtira-patent almışdır.
-II istiqamət üzrə heyvandarlıqda təminatlı yem bazasının yaradılması üçün Amarant bitkisinin biokimyəvi xüsusiyyətləri tədqiq edilmişdir. Bundan əlavə Amarant bitkisinin toxumundan Amarant yağının alınması texnologiyası işlənmiş və alınan yağdan bir çox xəstəliklərin müalicəsi üçün vacib dərman maddəsi olan skvalenin alınması üsulu üzərində iş hazırda davam etdirilir.

Yer quruluşu kafedrası aşağıdakı istiqamətlərdə tədqiqat aparacaqdır:
-CİS texnologiyası əsasında torpaq örtüyünün strukturunun qiymətləndirilməsi;
-CİS texnologiyası əsasında torpaq tədqiqatlarının aparılması;
-Gəncə-Qazax iqtisadi rayonunda torpağın su hopdurma qabiliyyəti və nəmliyinin təyini;
-Dağlıq Şirvan vilayətində CİS texnologiyası vasitəsi ilə kompleks yerquruluşu layihələrinin təşkili.
Sosial şəbəkələrdə paylaş: