Aqrobiznes və İdarəetmə fakültəsi

Aqrobiznes və İdarəetmə fakültəsi kənd təsərrüfatı sektorunu iqtisadiyyat və idarəetmə sahələrində yenilikçi mütəxəssislərlə təmin edir.

Fakültədə tədris prosesinin və elmi-tədqiqat işinin təşkili üçün aşağıdakı 3 kafedra fəaliyyət göstərir:

Aqrobiznes və menecment;
Mühasibat uçotu və audit;
Marketinq.


Təhsil prosesi ilə yanaşı fakültədə hazırda aqrar sektorda istehsal strukturunun təkmilləşdirilməsi istiqamətində araşdırmalar aparılır.

Aqrobiznes və Memecment kafedrası aqrar sektorda əməkdaşlığın tarixi mərhələlərini və əməkdaşlığın hüquqi aspektlərini, iqtisadi, təşkilati, idarəetmə, maliyyə və mühasibat mexanizmlərini tədqiq edir.

Mühasibat və audit kafedrasının əsas elmi istiqaməti kənd təsərrüfatı kooperativlərində özünü maliyyələşdirmə və onun təkmilləşdirilməsi istiqamətləridir.

Marketinq kafedrası kənd təsərrüfatı kooperativləri üçün idarəetmə mexanizmlərini təkmilləşdirmək üçün araşdırmalar aparır.

Kafedra müəllimləri mütəmadi olaraq ölkəmizdə marketinq elminin aktual məsələləri və xaricdəki elmi nəşrlərdə apardıqları tədqiqatların nəticələrini dərc edirlər.
Sosial şəbəkələrdə paylaş: