Maliyyə və iqtisadi nəzəriyyə kafedrası əməkdaşlarının iştirak etdiyi layihələr

Kafedrada beynəlxalq əlaqələri formalaşdırmaq və daha da inkişaf etdirmək məqsəd ilə Beynəlxalq əlaqələr bölməsi fəaliyyət göstərir. Bu bölmə dünyanın aparıcı universitetləri ilə kafedranın əməkdaşlığının təşkil edilməsi və aparılması ilə mükəlləfdir.

Maliyyə və iqtisadi nəzəriyyə kafedrası əməkdaşlarının iştirak etdiyi layihələr

Cəfər Cəfərov
Layihə rəhbəri
(Maliyyə və iqtisadi nəzəriyyə kafedrası Azərbaycan Dövlət Aqrar Universiteti)
e-mail: jafarj@list.ru

Azərbaycan və Gürcüstanda birgə istifadədə olan örüş yerlərində yaranan problemlərin tədqiqi

Maliyyə və iqtisadi nəzəriyyə kafedrası əməkdaşlarının iştirak etdiyi layihələrQrayfsvald Universiteti. Maliyyə və iqtisadi nəzəriyyə kafedrası Almaniyanın Qrayfsvald Universiteti, Gürcüstan Kənd Təsərrüfatı İnstitutu və Azərbaycan Dövlət Aqrar Universitetinin birgə əməkdaşlığı nəticəsində "Azərbaycan və Gürcüstanda birgə istifadədə olan örüş yerlərində yaranan problemlərin tədqiqi" mövzusunda olan layihəyə Azərbaycan tərəfindən rəhbərlik etmişdir.

Layihə Almaniyanın “Volkswagen" fondu tərəfindən maliyyələşdirilmişdir. Elmi tədqiqat işi çərçivəsində Azərbaycan və Gürcüstanın hər birində üç kənd olmaqla tədqiqat əraziləri seçilmiş, bu kəndlərdə ev təsərrüfatlarının maliyyə nəticələri və örüş sahələrinin mövcud vəziyyəti tədqiq edilmişdir.

Beynəlxalq elmi tədqiqat işi çərçivəsində Azərbaycanın Göygöl, Şəmkir və Gədəbəy rayonlarında müvafiq olaraq Kərəmli, Atabəy və Plankənd kəndləri, Gürcüstanda isə Saqareco, Axmeta və Qurcuani rayonlarında Qombori, Şaxvetila, Araşenda kəndləri tədqiqat obyekti olaraq seçilmişdir. Layihə müddətindəki üç ildə 6 kənddə tədqiqat aparılmaqla yanaşı tədqiqatın nəticələrinin elan edilməsi seminarların və görüşlərin keçirilməsi təşkil edilmişdir. Tədqiqatın nəticələri üzrə ADAU-da, Qrayfsvald Universitetində və Gürcüstanın Kənd Təsərrrüfatı İnstitutunda beynəlxalq konfranslar keçirilmişdir. Eyni zamanda tədqiqat çərçivəsində iştirakçıların 2016 və 2017-ci illər olmaqla 2 dəfə Almaniya, 2015 və 2018-ci illər olmaqla 2 dəfə Qazaxıstanda və Azərbaycanda keçirilən konfrans və simpoziumlarda layihənin məqsədi və əldə edilmiş nəticələr barədə təqdimatları keçirilmişdir. 2018-ci ilin yanvar ayında Almaniyanın “Volkwagen” fondunun proqram direktoru Dr. Matthias Nöllenburgun da iştirak etdiyi layihənin yekun nəticələri Almaniyada təqdim edilmiş və fondun səlahiyyətli nümayəndəsi tərəfindən böyük maraqla qarşılanmışdır.

Tədqiqat çərçivəsində Maliyyə və iqtisadi nəzəriyə kafedrasının əməkdaşları Prof.M.C.Hüseynov, N.N.Məmmədov həm ölkədə, həm də respublikadan kənarda müxtəlif nəşriyyatlarda məqalə çap etdirmişılər.

“İllustrasiya və fəaliyyətlər yolu ilə gənclərin ekoloji maarifləndirilməsi və ətraf mühitin qorunması istiqamətində onların bilik və bacarığının formalaşdırılması”.

2018-2019-cu illərdə kafedranın beynəlxalq əlaqələr üzrə məsul şəxsi C.F.Cəfərovun rəhbərliyi ilə Azərbaycan Respublikası Gənclər Fondunun elan etdiyi XI qrant müsabiqəsində iştirak edərək “İllustrasiya və fəaliyyətlər yolu ilə gənclərin ekoloji maarifləndirilməsi və ətraf mühitin qorunması istiqamətində onların bilik və bacarığının formalaşdırılması” adlı layihənin qalibi olmuş, layihə kafedra əməkdaşları (C.F.Cəfərov, N.N.Məmmədov) tərəfindən uğurla icra edilmişdir. Layihənin əsas məqsədi ətraf mühitin qorunması istiqamətində gənclərin bilik və bacarıqlarının artırılması, təlimlər yolu ilə onları maarifləndirmək, layihənin sonunda praktiki fəaliyyət kimi universitetin həyətyanı sahəsində ağac əkmə aksiyası olmuşdur.

Maliyyə və iqtisadi nəzəriyyə kafedrası əməkdaşlarının iştirak etdiyi layihələrMaliyyə və iqtisadi nəzəriyyə kafedrası əməkdaşlarının iştirak etdiyi layihələr




"Ağıllı Fermer Təsərrüfatı" (SAF) layihəsi
"Ağıllı Fermer Təsərrüfatı" (SAF) layihəsi ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilərək Gəncə Aqrobiznes Assosiasiyası tərəfindən icra edilmişdir.

Maliyyə və iqtisadi nəzəriyyə kafedrasdının assistenti Cəfər Cəfərov həmin layihənin icma səfərbərliyi üzrə rəhbər vəzifəsini icra etmişdir.

(SAF) layihəsi innovativ texnologiya və İKT vasitələrinin tətbiqi ilə fermer təsərrüfatlarında məhsuldarlığın və fermerlərin gəlirlərinin artırılmasına xidmət edir. Həçminin layihə çərçivəsində kənd təsərrüfatı istehsalında dəyər zənciri üzvləri olan fermerlər, təchizatçılar (toxum, pestisid, gübrə və kənd təsərrüfatı avadanlıqları və s.) və maliyyə institutları (bank, kredit ittifaqları) arasında əlaqələrin qurulması və inkişaf etdirilməsinə dair seminarlar uğurla həyata keçirilmişdir.

Maliyyə və iqtisadi nəzəriyyə kafedrası əməkdaşlarının iştirak etdiyi layihələrMaliyyə və iqtisadi nəzəriyyə kafedrası əməkdaşlarının iştirak etdiyi layihələrMaliyyə və iqtisadi nəzəriyyə kafedrası əməkdaşlarının iştirak etdiyi layihələr
Sosial şəbəkələrdə paylaş: