ƏLAVƏ TƏHSİL

Namizədlər aşağıda qeyd olunan ixtisaslar üzrə 2023/2024-cü tədris ilində təkrar ali təhsil almaq üçün müraciət edə bilər.

İxtisaslar

Sənədlərin qəbulu 18 may - 31 avqust 2023-cü il tarixlərində “portal.edu.az” saytının vasitəsi ilə həyata keçiriləcəkdir. Namizədlər bunun üçün əsas səhifəyə daxil olaraq “Qeydiyyat” düyməsini sıxıb “Əlavə təhsilə elektron sənəd qəbulu” xidmətini seçib, “Müraciət et” düyməsinə sıxmaqla tələb olunan məlumatları daxil etməlidir.

Qeyd: "portal.edu.az" saytında qeydiyyatdan keçməyən şəxslərin qəbul əmri verilməyəcək.

Təkrar ali təhsil yalnız ödənişli formada bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Təkrar ali təhsil müvafiq ixtisas üzrə bakalavriat (və ona bərabər tutulan) səviyyəsi üçün mövcud olan baza təhsil proqramlarındakı ümumi və ixtisas fənləri bölümlərini əhatə etməklə, tələbənin baza təhsil proqramı ilə yeni ixtisasın baza təhsil proqramı arasındakı fərq nəzərə alınmaqla təhsil proqramları əsasında aparılır. Əvvəl aldığı ixtisasın təhsil proqramında öyrənilmiş fənlərin məzmunu yeni almaq istədiyi əlavə ixtisasın təhsil proqramına daxil olan hər hansı fənnin məzmununa uyğun olduqda, şəxs həmin fənlər üzrə cari və aralıq attestasiyadan azad olunur. Təhsilini müvəffəqiyyətlə başa vuranlara müvafiq ixtisas üzrə bakalavr peşə-ixtisas dərəcəsi və ali təhsil haqqında dövlət nümunəli bakalavr diplomu verilir.

1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslərin diplomları yalnız mövcud qaydada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil üçün müraciət edə bilərlər.

Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

- Rektorun adına ərizə;
- Ali təhsil haqqında sənədin (diplomun və ona əlavənin) notarial qaydada təsdiq olunmuş surəti;
- İş yerindən arayış (işlədiyi halda);
- 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil;
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Təhsil haqqını ödəmək haqqında fərdi müqavilə;
- Sağlamlıq haqqında arayış;
- İpli qovluq.

Təkrar ali təhsilə qəbul müsahibə əsasında aparılır. Müsahibəni uğurla keçən namizədlər təkrar ali təhsil almaq hüququ qazanır. Müsabiqə 07.09.2023-cü il tarixində ADAU-nun inzibati binasında keçiriləcəkdir. Müsabiqəyə dəvət olunmuş namizədlər yuxarıda qeyd olunan sənədləri müsabiqə komissiyasına təqdim etməlidir.

ƏN ÇOX SORUŞULAN SUALLAR

Əlavə məlumat üçün Tədris şöbəsinə yaxınlaşa bilərsiz.

Ünvan: Gəncə şəhəri, Atatürk prospekti 450
E-mail: tedris@adau.edu.az
Telefon: (022) 266-89-57
Sosial şəbəkələrdə paylaş: