Təhsil sistemi

Hazırda Universitetdə struktur bölmə kimi tədris-təcrübə təsərrüfatı, tədris, elm, kadrlar, tələbə, ümumi, redaksiya-nəşriyyat, informasiya texnologiyaları və innovasiya, beynəlxalq əlaqələr, qiyabi təhsil, təcrübə və işədüzəltmə şöbələri, arxiv, elm, təhsil və cümhuriyyət muzeyi, 2 sahəvi elmi-tədqiqat laboratoriya, magistr hazırlığı, distant və əlavə təhsil mərkəzləri, əsaslı kitabxana, elektron kitabxana, mətbəə və “Aqrar mütəxəssis” qəzetinin redaksiyası, 7 fakültə (aqronomluq, aqrotexnologiya, baytarlıq təbabəti və zoomühəndislik, mühəndislik, elektroenergetika və informasiya texnologiyaları, aqrar iqtisadiyyat, aqrobiznes və idarəetmə), 31 kafedra, o cümlədən: aqronomluq fakültəsinin tərkibində 6 kafedra (“Ümumi əkinçilik, genetika və seleksiya”, “Torpaqşünaslıq və aqrokimya”, “Bitkiçilik və bitki mühafizəsi”, “Bağçılıq”, “Ekologiya mühəndisliyi və meşəçilik” və “Biologiya”), aqrotexnologiya fakültəsinin tərkibində 4 kafedra (“Qida məhsulları mühəndisliyi və ekspertiza”, “Yerquruluşu və meliorasiya”, “Dizayn” və “Kimya”), baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin tərkibində 4 kafedra (“Heyvandarlıq və balıq məhsulları istehsalının texnologiyası”, “Əczaçılıq və baytarlıq-sanitariya ekspertizası”, “Yoluxmayan xəstəliklər”, “Epizootologiya, mikrobiologiya və parazitologiya”), mühəndislik fakültəsinin tərkibində 5 kafedra (“Kənd təsərrüfatı texnikası və yerüstü nəqliyyat vasitələri”, “Maşın mühəndisliyi və standartlaşdırma”, “Meliorasiya tikintisi və texniki servis”, “Texniki mexanika və qrafika” və “Həyat fəaliyyətinin təhlükəsizliyi”), elektroenergetika və informasiya texnologiyaları fakültəsinin tərkibində 5 kafedra (“Fizika və riyaziyyat”, “Elektrik mühəndisliyi”, “Energetika”, “İnformasiya texnologiyaları və sistemləri” və “Dillər”), aqrar iqtisadiyyat fakültəsinin tərkibində 3 kafedra (“Aqrar siyasət və dünya iqtisadiyyatı”, “Maliyyə və iqtisadi nəzəriyyə”, “Azərbaycan tarixi, fəlsəfə və hüquq”), Aqrobiznes və idarəetmə fakültəsinin tərkibində 3 kafedra (“Aqrobiznesin təşkili və idarə edilməsi”, “Mühasibat uçotu və audit”, “Menecment və aqrar marketinq”) fəaliyyət göstərir.

Universitetə azərbaycan, ingilis və rus dillərində tədris aparılır. Bakalavriat və magistratura səviyyələrinin əyani və qiyabi təhsil formalarında 5040 tələbə təhsil alır ki, onlardan bakalavriat səviyyəsində cəmi 4667 nəfər (dövlət sifarişi 788 nəfər, ödənişli əsaslarla 3879 nəfər), o cümlədən: əyani 3638 nəfər, qiyabi 1029 nəfər, magistratura səviyyəsində cəmi 373 nəfər (dövlət sifarişi 164 nəfər, ödənişli əsaslarla 209 nəfər), o cümlədən: əyani 288 nəfər, qiyabi 85 nəfər.

Ümumi işçilərin sayı 1016 nəfərdir. onlardan professor-müəllim heyəti 488, o cümlədən, elmlər doktoru, professor 20, fəlsəfə doktoru , dosent 214, qalanları baş müəllim və müəllimdirlər.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun rəhbərliyi ilə son illərdə universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir standartlara uyğunlaşdırılması, habelə şəffaf müəllim-tələbə münasibətlərinin fromalaşdırılması istiqamətində əsaslı işlər görülmüşdür.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin "İctimai Təşəbbüslərin dəstəklənməsi layihəsi" çərçivəsində Azərbaycandan kənarda Təhsil Almış Məzunlar təşkilatı tərəfindən Azərbaycanda Ali Məktəblərin reytinq cədvəli hazırlanmışdır. Cədvəldə Azərbaycan Dövlət Aqrar Universiteti Gəncə şəhərində yerləşən ali təhsil müəssisələri sırasında 1-ci, Respublika ali təhsil müəssisələri arasında 7-ci yeri tutub. Bunula əlaqədar layihə çərçivəsində “Azərbaycan respublikasının ali məktəblərinin reytinqi - 2014” kitabı çap olunub. (Ətraflı məlumat: www.rating.edu.az)

23-24 aprel 2015-ci il tarixində Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilmiş Qara dəniz regionu ölkələrindən olan rektorların 11-ci konfrasının sessiyasında Qara Dəniz Universitetləri Şəbəkəsinin Baş Asambleyasının qərarına əsasən Azərbaycan Dövlət Aqrar Universiteti təşkilata üzv qəbul olunmuşdur. Təşkiiat dünyanın 12 ölkəsinin 120 universitetini özündə birləşdirməklə, üzvlər arasında təhsil, elmi-tədqiqat və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi missiyasını yerinə yetirir. Hazırda Gəncə şəhərindən yalnız Azərbaycan Dövlət Aqrar Universiteti qeyd olunan təşkilatın tamhüquqlu üzvüdür.
(http://www.bsun.org/?task=members&id=5&web=bsun)