Redaksiya-nəşriyyat şöbəsi

Ünvan: Atatürk prospekti 450, ADAU-nun inzibati binası, Gəncə şəhəri, AZ2000

Tel: +99450 719 24 15

e-mail: editorial@adau.edu.az

 

Redaksiya-nəşriyyat şöbəsinin tarixindən

 

Nazirlər Sovetinin 19 noyabr 1958-ci il tarixli 301 saylı əmri ilə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun nəzdində mətbəə yaradılmışdır.

Mətbəə 1966-cı ildən institutun işləri ilə yanaşı SSRİ K/T nazirliyinin göstərişinə əsasən Dağıstan və Altay Kənd Təsərrüfatı İnstitutlarının elmi əsərlərini, dərs vəsaitlərini də çap etməyə başlamışdır.

1977-ci ildə müəssisənin maddi-texniki bazası genişləndirilərək işçilərin sayı 18-dən, 48 nəfərə çatdırıldı.

1978-ci ildə Belarusiya K/T Akademiyasında SSRİ KTN tabe olan institutlar arasında (105 sayda) keçirilən sosializm yarışında institutumuzun mətbəəsi buraxılan elmi əsərlərin dərslik və dərs vəsaitlərinin keyfiyyət göstəricilərinə görə ikinci yerə çıxaraq, fəxri fərmanla mükafatlandırıldı.

1996-cı ilə qədər mətbəə və nəşriyyat bir yerdə olub. 1996-cı ilin sentyabr ayından institutda nəşriyyat şöbəsi yaradıldı.

2010-cu ildə redaksiya-nəşriyyat şöbəsi üçün müasir poliqrafiya avadanlıqları alınmış və ADAU-nun mühəndislik binasında (Ozan küçəsi, 102) iki böyük zal təmir edilərək mətbəənin sərəncamına verilmişdir.

Bundan başqa redaksiya-nəşriyyat şöbəsində universitetin professor-müəllim heyətinin hazırladıqları dərslik, dərs vəsaiti, poqramlar, metodiki göstərişlər və s. müntəzəm olaraq nəşr olunur.