Tələbəmiz Macarıstanda “Ən yaxşı Erasmus tələbəsi” adına layiq görülüb

Azərbaycan Dövlət Aqrar Universitetinin “iqtisadiyyat” ixtisası üzrə  III kurs tələbəsi Leyla Aydınova Macarıstanın Dunayvaroş Universitetində Erasmus+ Proqramı çərçivəsində təhsilini uğurla başa vurub. L.Aydınova adıçəkilən universitetin tələbələri arasında “İqtisadiyyat” üzrə keçirilən istedad yarışında birinci yeri tutaraq “Ən yaxşı Erasmus tələbəsi” adına layiq görülmüb. Biz də ADAU ailəsi olaraq tələbəmizin uğuruna sevinir, gələcək təhsilində və karyerasında  uğurlar arzu edirik!