Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri cənab İnam Kərimova

Hörmətli cənab Nazir,

Azərbaycan Dövlət Aqrar Universitetinin rektorluğu, professor-müəllim heyəti və tələbələri adından Sizi və Şəxsinizdə rəhbərlik etdiyiniz Nazirliyin bütün əməkdaşlarını kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Aqrar sektora, aqrar təhsilə göstərdiyi diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə  kollektivimiz adından dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Cənab Nazir,

Ənənəvi bayramımız münasibətilə Sizi bir daha ürəkdən təbrik edir,  Sizə möhkəm cansağlığı, uzun ömür, aqrar sahənin daha da inkişafı naminə yeni-yeni nailiyyətlər arzu edirəm.

 

Səmimi hörmətlə,

Rektor                                                                                                       İbrahim Cəfərov