Qazaxıstanda Yay məktəbi üçün tələsin!!!

S.Seifullin adına Qazaxıstan Aqro Texniki Universitetində Yay məktəbi

S.Seifullin adına Qazaxıstan Aqro Texniki Universiteti magistratura və doktorantura pilləsində təhsil alan tələbələri və gənc mütəxəssisləri "Meşələrə davamlı nəzarət yaşıl iqtisadiyyatın yoludur" adlı Beynəxalq Yay Məktəbində iştirak etməyə dəvət edir.
Yay məktəbinin müddəti 13-25 iyun 2016-cı il.
Müraciət üçün son tarix: 31 May 2016-cı il
Yay məktəbinin maraq dairəsi:
- Meşələrdən istifadənin iqtisadi azpektləri və meşə resurslarının artırılması;
- Qazaxıstanda meşə resurslarının davamlı inkişafı;
- Meşəçilik "meşələrin rekreasiya fəaliyyətinin iqtisadi qiymətləndirilməsi";
- Meşə ekosistemində torpağın formalaşdırılması.
Seçilmiş iştirakçılar üçün qalmaq və yemək xərcləri, təlim materialları, ADAU tələbələri üçün iştirakçı haqqı proqram tərəfindən təmin olunacaqdır. 
Yay məktəbinin sonunda iştirakçılar sertifikatla təmin olunacaqlar.

Ətraflı məlumat üçün suallarınızı office@adau.edu.az ünvanına yaza bilərsiniz.