MÜASİR AZƏRBAYCAN HEYDƏR ƏLİYEVİN İDEYALARI İŞIĞINDA ELMİ-NƏZƏRİ KONFRANS

22 aprel 2016-cı il tarixində Azərbaycan Dövlət Aqrar Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş Gəncə şəhəri ali təhsil müəssisləri tələbələrinin “Müasir Azərbaycan Heydər Əliyevin ideyaları işığında” mövzusunda xarici dillərdə (ingilis, alman, fransız və rus) elmi-nəzəri konfrans keçiriləcəkdir.

Məruzələrin tərtib olunma qaydaları:

  • Məruzələr, alman, fransız, rus və ingilis dillərindən (bir nüsxədə və elektron variantda) birində qəbul olunur;
  • Məruzənin mətni 3-5 səhifə həcmində, kompüterdə Microsoft Word formatında, Arial şriftlə (hərflərin ölçüsü – 12 pt, interval – 1.5, abzas - 1.25), sətirdən-sətrə keçirilmədən yığılmalı, boş sahələrin ölçüləri soldan – 25-mm, sağdan -15-mm, yuxarı və aşağıdan – 20-mm olmaqla, A4  formatlı standart (210x297-mm) kağızda yığılmalıdır;
  • Mətnin əvvəlində, ortadan qalın və böyük hərflərlə məruzənin adı (alman, fransız, rus və ingilis dillərində), altından bir sətir boş buraxmaqla adi və kiçik hərflərlə məruzəçinin adı, atasının adı, soyadı, onun altında təhsil aldığı ali məktəb və ixtisas, ondan da altda müəllifin elektron poçt ünvanı, bir sətir boş buraxılmaqla abzasdan kursiv və kiçik hərflərlə 3 dildə (alman, fransız, rus və ingilis  dillərində) 200-250 sözdən ibarət xülasə, 5-10 sözdən ibarət açar sözlər yazılmalıdır.
  • Məruzədə istifadə edilmiş istinadlar nömrəsi və istifadə səhifəsi ilə birgə mətnin içərisində kvadrat mötərizədə [4, s. 213] verilməlidir. İstifadə olunmuş ədə­biyyatların siyahısı mətnin sonunda əlifba sırası ilə və AAK-ın tələblərinə uyğun göstərilməlidir.
  • Məruzələr 20 aprel 2016-cı il tarixindən gec olmayaraq Azərbaycan Dövlət Aqrar Universitetinin Elm şöbəsində qəbul edilir.

 

Ünvan: Gəncə şəhəri, Atatürk prospekti 450, Azərbaycan Dövlət Aqrar Universiteti, İnzibati bina, I mərtəbə, otaq 17, Elm şöbəsi.

Poçt indeksi: AZ-2000, Tel: (+99422) 256 5733; 266 2385; Faks: (+99422) 256 2408

E-mail: adau_konfrans@gmail.com; Web: www.adau.edu.az