Ukrayna - Beynəlxalq Elmi-praktik konfrans

Hörmətli kolleqalar!

 

Bioenerji bitkilər və şəkər çuğunduru İnstitunun və Ukrayna bitki sortlarının tədqiqat İnstitutunun Gənc Alimlər Şurası

Sizi, Bioenerji bitkilər və şəkər çuğunduru İnstitunun bazasında baş tutacaq "Kənd təsərrüfatı məhsullarının müasir texnologiya vasitəsi ilə yetişdirilməsi"  mövzusunda

V-ci Beynəlxalq Elmi-praktik konfransda iştirak etməyə dəvət edir.

 

Konfransın tarixi: 29-30 sentyabr 2016-cı il.

Konfransda iştirak edə bilərlər: 35 yaşa kimi olan aspirantlar, elmi işçilər və Universitet müəllimləri və 40 yaşa kimi Doktorantlar.

Konfrans dilləri: Ukrayn, Rus və İngilis

İştirak forması: qiyabi və əyani

 

Kofransın elmi istiqamətləri:

1. Aqrokimya və Kənd təsərrüfatı

2. Bitkiçilik və bitkilərin qorunması

3. Seleksiya, Toxumçuluq və biotexnologiya

 

İştirak etmək üçün ərizə və abstraktlar Təşkilat Komitəsinin elektron ünvanına 16 sentyabr  tarixindən gec olmayaraq göndərilməlidir.

 

Konfransda iştirak haqqı tələb olunmur.

 

Materialların qeydiyyatı üçün tələblər:

1.  Abstraktlar rus dilində olmalıdır.

2.  Müəlliflər 3 nəfərdən artıq olmamalıdır.

3.  A4 vərəqində 1-2 tam səhifədə yazılmalıdır.

4.  Mətn kompyuterdə MS Word formatında, Times New Roman şriftilə (hərflərin ölçüsü - 16 pt., interval – adi , abzas - 1,25 sm, sahələrdə məsafə - 2sm ) yığılmalıdır. Abstraktların  mətnində ədəbiyyatlardan  şəkil, cədvəl və siyahı olmamalıdır.

5.  Abstraktlar informativ olmalıdır.

6. Abstraktlarda son 5 ildəki elmi araşdırmaların nəticələri olmalıdır.

7.  Abstraktların strukturası:

    - Universal onluq təsnifatı ( Böyük hərflər ilə)

    - Növbəti sətr - müəllifin soyadı və inisialları (qalın hərflərlə)

    - Növbəti sətr - müəssisənin adı və ünvanı (kursiv, 11 pt.)

    - Növbəti sətr - məruzəçinin elektron ünvanı (kursiv, 11 pt.)

    - 1 sətr sonra - Abstraktın adı ( böyük qalın hərflərlə, vərəqin ortasında)

    - 1 sətr sonra - Abstraktın mətni

8. Abstraktın mətni səliqəli yazılmalıdır.

9. Abstraktların elektron variantı ərizə ilə birlikdə Təşkilat Komitəsinin elektron ünvanına göndərilməlidir. Fayl 1ci müəllifin soyadı ilə adlandırılmalıdır.

10. Abstraktın qəbul olunması haqda məlumat fərdi şəkildə ərizədə göstərilən ünvana göndəriləcəkdir.

11.  Elmi məqalələrin yığılması və texniki redaktə hüququ Təşkilatı Komitəyə məxsusdur.

 

Ünvan : Ukrayna, Kiyev şəhəri, Kliniçeskaya küç., 25          

E-mail: naukovec2012@ukr.net

Əlaqədər şəxs: Oleq İvanoviç

Əlaqə telefonları: +38(066) 767 49 33

                               +38(044) 275 46 11


 

Konfrans işinin planı:

29 sentyabr 2016-cı il- konfrans iştirakçılarının gəlməsi

30 sentyabr 2016-cı il :

9.00 -10.00 -iştirakçıların qeydiyyatı

10.00-10.20- konfransın açılışı

10.20-12.00- plenar iclas

12.00-12.45- nahar vaxtı

12.45- 17.00-konfransın davamı

17.00  - konfransın yekunu.

 

Abstrakt Power Point-də prezentasiya şəklində təqdim olunmalıdır.

İştirak vaxtı: 10 dq