Tələbə məmnuniyyət sorğusu

Əziz tələbələr!

Bildiyiniz kimi, Azərbaycan Dövlət Aqrar Universitetində tədrisin, maddi-texniki təchizatın, tələbələrin asudə vaxtının səmərəli təşkilinin mövcud vəziyyətini qiymətləndirmək və bunun əsasında daha səmərəli tədbirlər həyata keçirmək məqsədilə hər il tələbələr arasında online formada “Tələbə məmnuniyyət sorğusu” keçirilir. Dünyanın aparıcı ali təhsil müəssisələrində geniş yayılmış bu təcrübə təhsilin idarə edilməsi prosesində tələblərin rəy və təkliflərinin maksimum dərəcədə nəzərə alınmasında, idarəetmə qərarlarının səmərəliliyinin yüksəldilməsində mühüm rol oynamaqla, universitetlərin beynəlxalq akkreditasiyası prosesində əsas göstəricilərdən biri kimi qəbul olunur.

Əvvəlki tədris illərində tələbələrimiz arasında aparılmış sorğunun nəticələri professor-müəllim və tələbə heyətinin iştirakı ilə universitetin Elmi Şurasının iclaslarında geniş müzakirə edilmişdir. Müzakirənin nəticəsi olaraq tələbələrimizin universitetdən məmnunuluq səviyyəsinin yüksəldilməsi üçün qərarlar qəbul edilmişdir.

Əmin ola bilərsiniz ki, 2016/2017-ci tədris ili üzrə də aparılan sorğuda iştirakınızla tədrisin keyfiyyətinin daha da yüksəldilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, asudə vaxtın səmərəli təşkili, bütövlükdə sizlərin universitetdən məmnunluğunuzun artırılması məqsədilə vacib qərarların qəbul edilməsində bizə yaxından köməklik göstərmiş olarsınız.

Hörmətlə,

rektor, AMEA-nın müxbir üzvü,

professor İbrahim Cəfərov

Qeyd: Sorğuda iştirak etmək üçün aşağıdakı linkə daxil olun: https://goo.gl/forms/1UGhvxNotjLD9swv2

Sorğuda iştirak etmək üçün son tarix: 15 iyun 2017-ci il. Verilən cavabların anonimliyinə tam təminat verilir.