Təhsil haqqından azad edilən xüsusi statuslu bakalavr və magistrlərin nəzərinə !

Təhsil haqqından azad edilən xüsusi statuslu bakalavr və magistrlərdən

tələb olunan sənədlərin

SİYAHISI

1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarına;

-Ərizə;

-Notarial qaydada təsdiq olunmuş :

doğum haqqında şəhadətnamənin surəti,

valideynin əlillik vəsiqəsinin surəti;

Valideynin TSEK-nın əllilik haqqında arayışı:

Atasının şəxsiyyət vəsiqəsinin surəti

2. Şəhid ailələrindən olanlara;

-Ərizə;

Notarial qaydada təsdiq olunmuş:

şəhid ailəsi vəsiqəsinin surəti;

döğum haqqında şəhadətnamənin surəti;

Şəxsiyyət vəsiqəsinin sürəti.

3.Məcburi köçkün statusu olanlara;

-Ərizə;

Notarial qaydada təsdiq olunmuş:

özünün və ya atasının məcburi köçkün vəsiqəsinin surəti;

doğum haqqında şəhadətnamənin surəti

4.Valideynlərinin itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar. (23 yaşınadək, əyani təhsil formasında təhsil alan tələbələr.)

-Ərizə;

Notarial qaydada təsdiq olunmuş:

doğum haqqında şəhadətnamənin surəti;

valideynlərin nigahın bağlanması haqqında şəhadətnamənin surəti;

hər ikisi vəfat etdikdə:

valideynlərinin  ölüm haqqında şəhadətnamələrinin surəti;

biri vəfat etdikdə, digəri əlil olduqda : 

vəfat etmiş valideynin ölüm haqqında şəhadətnaməsinin surəti;

digər valideynin TSEK-nın əllilik haqqında arayışı;

Qeyd: Əlillik haqqında arayışlar müddətsiz deyilsə, arayışda göstərilən müddətə azad edilir.