Ryazan - Beynəlxalq elmi-praktik konfrans

Hörmətli kolleqalar!

 

Beynəlxalq elmi-praktik konfransın Təşkilatı Komitəsi sizi Ryazan şəhərində FQBNU VNİMS-da baş tutacaq "Orqanik əkinçilikdə torpaq münbitliyinin  artırılmasında mexanikləşdirilmənin və informasiyalaşdırılmanın aktual problemləri" adlı konfransa dəvət edir.

Konfransın tarixi: 16-17 noyabr 2016-cı il.

Ünvan: RF, Ryazan ş., Shorsa küç., 38/11

 

Kofransın elmi istiqamətləri:

1. Rusiya Federasiyasının, Ryazan şəhərinin  kənd təsərrüfatı məhsullarının istehsalının hazırki vəziyyəti, və onun inkişafının əsas istiqamətləri.

2. kənd təsərrüfatını aqrokimyayla təmin etməküçün texnologiyaların, maşın və avadanlıqların subsistemlərinin praktiki istifadəsi

3. Yeni nəslin kənd təsərrüfatının  sistemlərinin texniki, informasiya təminatı və iqtisadi effektivliyi.

4. Humin gübrələrdə organik xammalın emalı üçün texniki həllərin inkişafı.

5. Təbii xammaldan orqanik gübrələrin istifadə təcrübəsi və onların istehsalatının imkanları.


 

Bölmələrin işi :

1-ci bölmə: orqanik materiallardan hazırlanmış humin gübrələrin istehsalı üçün texnologiyalar və texniki vasitələr.

2-ci bölmə: kimyəvi maddələrin  və orqanik gübrələrin istifadəsi üçün  maşın və avadanlıqların seçiminin informativ və proqram təminatı.

3-cü bölmə: Rusiyada kənd təsərrüfatı istehsalı üçün humin və onların əsasında hazırlanmış kompleks gübrələr.

 

İştirak etmək üçün ərizə və abstraktlar vnims.onti@gmail.com elektron ünvanına 17 oktyabr tarixindən gec olmayaraq göndərilməlidir.

Təşkilatın xərclərini qarşılamaq üçün hər abstrak üçün FQBNU VNİMS-nın hesabına 1500r keçirilməlidir.

İştirakçıların qeydiyyatı 16 noyabr 2016-cı ildə 09:00-dan 10:00-dək baş tutacaq.

 

Konfrans işinin planı:

16 noyabr  saat 10:00-dan 16:00-dək - plenar iclas və bölmələrin işi.

17 noyabr saat 10:00-dan 16:00-dək - bölmələrin işi və plenar iclasın yekunu.

 

Materialların qeydiyyatı üçün tələblər:

Mətn kompyuterdə MS Word formatında, Times New Roman şriftilə (hərflərin ölçüsü - 16 pt., interval – adi , abzas - 1,25 sm ) yığılmalıdır. Mətndə Excellden istifadə olunmamalıdır. Vərəqlər nömrələnməlidir.

 

      Mətnin strukturası:

    - Universal onluq təsnifatı ( Böyük hərflər ilə)

    - Növbəti sətr - müəllifin soyadı,  inisialları, vəzifəsi, elmi dərəcəsi və s.

    - 1 sətr sonra - Abstraktın adı ( böyük qalın hərflərlə, vərəqin ortasında)

    - İstifadə olunmuş saytların və ədəbiyyatların siyahısı

    - Abstrakt rus və ingilis dillərində olmalıdır.

 

Əlavə məlumat üçün ADAU Beynəlxalq Əlaqələr şöbəsinə yaxınlaşın.