Jurnalistikaya marağı olan ADAU tələbələrinin nəzərinə!

Əziz tələbələr!

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) tədris və elmi-tədqiqat sahələrində əldə olunan nailiyyətlər, tələbələrin və məzunların uğurları, tələbə həyatı barədə dövrü mətbuat üçün diqqəti cəlb edən tələbə yazılarının yazılması günün vacib məsələlərindən birinə çevrilmişdir. Bu məqsədlə, jurnalistikaya marağı olan tələbələrin müəyyən edilərək bu prosesə cəlb edilməsi, “Gənc jurnalistlər” klubunun yaradılması qərara alınmışdır. Seçilmiş tələbələrə ADAU-nun mətbuat xidməti tərəfindən təlimlər keçiriləcəkdir. Maraqlananlar CV-lərini aşağıdakı ünvana göndərməlidirlər.

Gəncə şəhəri, M.A.Abbaszadə küçəsi 62

ADAU-nun Aqrotexnologiya fakültəsinin tədris korpusu

“Aqrar mütəxəssis”qəzetinin redaksiyası

+9942565733

+994503773334

office@adau.edu.az