“İslam iqtisadiyyatı, islam maliyyələşməsi və bankçılığı” nominasiyası üzrə müsabiqə

Təhsil Nazirliyindən daxil olmuş məktuba əsasən, Azərbaycan Respublikasının  İqtisadiyyat Nazirliyi tərəfindən ünvanlanmış məktubda İslam İnkişaf  Bankı  tərəfindən “İslam iqtisadiyyatı, islam maliyyələşməsi və bankçılığı” nominasiyası üzrə mükafatlandırmanın keçiriləcəyi bildirilmişdir. Mükafatlandırmanın şərtlərinə cavab verən namizədin doldurulmuş ərizə forması və müvafiq məlumatları 30 noyabr 2016-cı il tarixinədək ibd@isbd.org poçt ünvanına göndərilməlidir.

Əlavə məlumat üçün beynəlxalq əlaqələr şöbəsinə müraciət etmək lazımdır.

REKTORLUQ