İslam İnkişaf Bankı təqaüd proqramı elan edir

İslam İnkişaf Bankı (İİB) 2020/2021-ci illər üzrə bakalavr, magistr və doktorantura təhsilinin alınması, tədqiqat işinin aparılması, peşə təhsilinin alınması və təlimlərin keçirilməsi üçün Təqaüd Proqramı başlatmışdır. Sözügedən Proqram haqqında ətraflı məlumatı İİB-in rəsmi saytından (www.isdb.org/) əldə edə bilərsiniz. Maraqlı şəxslər 28 fevral 2020-ci il tarixinədək rəsmi saytdan qeydiyyatdan keçməklə öz ərizə formalarını dolduraraq elektron qaydada təqdim etməlidir.

Əlavə məlumat üçün universitetin Beynəlxalq əlaqələr şöbəsində müraciət edə bilərlər.