İslam İnkişaf Bankı təqaüd proqramı elan edir

İslam İnkişaf Bankı (İİB) 2017-2018-ci illər üzrə Təqaüd Proqramını elan etmişdir. Bu proqram İİB-ə üzv olan ölkələrdən olan şəxslərin dünyanın bir sıra qabaqcıl universitetlərində  doktorantura təhsili almalarına və doktoranturadan sonrakı tədqiqat işi aparmalarına imkan verəcəkdir. Sözügedən proqram haqqında ətraflı məlumatı və ərizə formalarını İİB-in rəsmi saytından (www. isdb.org) əldə etmək olar.

Əlavə məlumat üçün Beynəlxalq əlaqələr Şöbəsinə müraciət edin.