Davamlı İnkişaf Hədəfləri mövzusunda 1-ci Beynəlxalq Yay Məktəbi-2018

25 sentyabr 2015-ci il tarixində  Birləşmiş Millətlər Təşkilatına 193 üzv ölkə tərəfindən  2030-cu  ilədək Dayanıqlı İnkişaf Gündəliyi və onun 17 Davamlı İnkişaf Hədəfini qəbul etmişdir. Gündəlikdə ərzaq və kənd təsərrüfatı davamlı inkişafın hədəflərinə çatmağın əsas açarı kimi təqdim olunur.

FAO-nun məlumatına görə, bu gün dünyada hər bir insanın qidalanması üçün kifayət qədər ərzaq istehsal olunsa da, hələ də 815 milyon insan xroniki aclıqdan əziyyət çəkir və planetin əhalisinin üçdə biri doyunca qidalana bilmir. Dünyanın qarşılaşdığı mühüm çağırışlardan biri 2050-ci ilə qədər sayı 10 milyard nəfərə çatacağı proqnozlaşdırılanəhalinin sağlam həyatı üçün ərzaq ehtiyaclarının ödənilməsidir. Bunun başlıca səbəbi planetimizin su və torpaq resurslarının məhdudluğu, torpaq və biomüxtəlifliyin deqradasiyası, iqlim dəyişiklikləridir.

Bütün bunları nəzərə alaraq, qədim Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universiteti-ADAU 2018-ci ildə  Dayanıqlı İnkişaf Hədəfləri adlı Yay Məktəbini təşkil edir. Bir həftəlik sertifikat proqramı olan məktəbin təşkilində məqsəd beynəlxalq və yerli tələbələri bir yerə toplamaqla, Davamlı İnkişaf Hədəflərini, onların icra vəziyyətini və globaləməkdaşlığı müzakirə etməkdir.

Tarix: 20-27 iyul 2018-ci il

Məkan: Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU), Gəncə şəhəri, Azərbaycan

Müraciəüçün son tarix: 31 may 2018-ci il

Kimlər iştirak edə bilər?: Bakalavriat səviyyəsinin tələbələri

İştirakçıların sayı: 25-30 tələbə

Proqramın dili: İngilis dili (orta səviyyədə ingilis dilini bilmək tələb olunur)

Qeydiyyat xərci: Yay məktəbində iştirak üçün qeydiyyat xərci tələb olunmur

Yerləşmə və qidalanma: ADAU-nun Tələbə Evində yaşayış və qidalanma ödənişsiz olacaqdır.

Səfər xərcləri: İştirakçılar yalnız səfərlə bağlı xərclərini qarşılayırlar. Gəncə şəhərində beynəlxalq hava limanımövcuddur. Bakıda Heydər Əliyev adına Beynəlxalq Hava Limanından da istifadə oluna bilər. Bakıdan Gəncəyə vəəksinə nəqliyyat təmin olunacaqdır.

Məruzəçilər və müəllimlər:FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin nümayəndələri, Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Dövlət Aqrar Universitetinin, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin aparıcı mütəxəssisləridir.

Sosial fəaliyyətlər: İştirakçılar üçün Nizami Məqbərəsi, Heydər Əliyev Park-Kompleksi, Qala Qapıları: Arxeologiya və Etnoqrafiya Muzeyi, ”Zəfər Tağı”, ”Nizami Gəncəvi” muzeyi, ”Məhsəti Gəncəvi” Mərkəzi, ”İmamzadə” dini kompleksi, Xan bağı, Şah Abbas Məscidi, ”Avropa 2016-Gənclər Paytaxtı” Parkı, Gəncənin Bayraq Meydanı, “Gəncəcay” park-bulvar kompleksi, Goygol, Maralgol, “Mirzə Şəfi Vazeh” Parkı, ”Xəmsə” Parkı və digər diqqətçəkən yerlər şəhər turları, habelə regionda yerləşən fermer təsərrüfatlarına turlar təşkil olunacaqdır.

     Vacib tarixlər:

     Müraciət: 1-31 May 2018

     Müraciətin son tarixi: 31 may 2018

     Müraciətlərin qiymətləndirilməsi və məlumatlandırma:1-20 iyun 2018

Necə müraciət etməli?: Müraciət üçün tərcümeyi hal-CV (əgər varsa, sertifikatlar əlavə olunmalı), iştirakın məqsədini əks etdirən yazı, təhsil aldığı universitetdən tövsiyə məktubu və pasportun surəti office@adau.edu.azelektron poçt ünvanına göndərilməlidir.

Viza məsələləri: Azərbaycana səfər üçün viza tələb olunan ölkələrdən olan tələbələr müvafiq səfirliklərə getmədən, “ASAN Viza” sistemindən (www.evisa.gov.az) istifadə etməklə və ya beynəlxalq hava limanlarında(http://mfa.gov.az/content/918) viza əldə edə bilərlər. Viza xərcləri iştirakçılar tərəfindən ödənilir.

Əlavə məlumat  üçün ADAU-nun tədris işləri üzrə prorektoru Anar Hətəmova müraciət etmək olar.a.hatamov@adau.edu.az və ya anarhatamov@gmail.com