Baytarlıq tədrisi ilə bağlı Almatıda görüş keçiriləcək.

"Qazaxıstanın baytarlıq tədrisi ilə bağlı əməkdaşlıq layihəsindəki təcrübəsi"adlı tədbir Almatı, Qazaxıstanda, 12-13 oktyabr 2016 tarixində keçiriləcək.

 

Tədbir Tuluza Dövlət Baytarlıq məktəbi (ENVT) və Qazaxıstan Milli Aqrar Universiteti arasındakı əməkdaşlıq layihəsi çərçivəsində təşkil olunub.

Bu tədbirdə BEİ və regionun əsas baytarlıq üzrə tədris müəssisələrindən nümayəndələr iştirak edəcəklər. Bu, baytarlıq üzrə tədris müəssisələrinin ikitərəfli əməkdaşlıq layihəsindən aldığımız dərsləri müzakirə etmək üçün və eləcə də tövsiyələrin həyata keçirilməsi üçün  əla fürsətdir.

Əlavə məlumat üçün ADAU Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərsiniz.