Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) məzunlarının nəzərinə

Hörmətli Məzunlar!

Məzunu olduğunuz Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) maddi-texniki bazasının müasir standartlara uyğun yenidən qurulması, tədrisin məzmununda əsaslı keyfiyyət dəyişiklilərinin aparılması istiqamətində görülmüş işlər burada eyni zamanda Sizlərin vaxtilə qazanmış olduğunuz bilik və bacarıqları yenidən təkmilləşdirməyə imkanlar yaradıb. Bü gün aqrar sahənin innovasiyalı inkişafı, yeni texnika və texnologiyaların tətbiqi şəraitində bir çox məzunların işsiz qalmasının əsas səbəbi məhz vaxtilə əldə olunmuş biliklərin yeniləndirilməsi təşəbbüslərinin az olması ilə bağlıdır. Bütün bunları nəzərə alaraq, məzunlarımızın bilik və bacarıqlarının təkmilləşdirilməsi ilə rəqabətqabiliyyətli işaxtaran mütəxəssisə çevrilməsi üçün 2018-ci ilin yanvar ayının 9-dan 19-dək universitetdə ödənişsiz təkmilləşdirmə kurslarıtəşkil olunacaqdır. Kurslar aşağıdakı istiqamətləri əhatə edir:

  • Aqronomluq
  • Bitki mühafizəsi
  • Bağçılıq
  • Üzümçülük
  • Torpaşünaslıq və aqrokimya
  • Baytarlıq
  • Zootexniklik
  • Aqromühəndislik
  • Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi
  • Yerquruluşu, torpaq və şəhər kadastrı

Kurslarda iştirak etmək üçün müraciətin son tarixi 05 yanvar 2018-ci ildir. Kurslar son 20 ilin  məzunları üçün nəzərdə tutulub.  İştirak etmək arzusunda olan məzunlar aşağıda qeyd olunan telefonlar və ya elektron poçt vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Koordinator: dosent Hümbət Camalov

Ünvan: Gəncə şəhəri, Ozan küçəsi 210

Telefon: (050) 664 38 92

               (022) 266 27 13

E-mail:office@adau.edu.az

Kurs iştirakçıları universitetin Tələbə Evində ödənişsiz yaşayış yeri ilə təmin olunacaqdır.