Aqrar inkişaf könüllüləri haqqında məlumat

 «Aqrar İnkişaf Könüllüləri» hərəkatı aqrar sektorun inkişafına ictimai dəstəyi nümayiş etdirmək, vətəndaşların və ya fermerin aqrar sahədəki problemlərini yerində müəyyən etmək və həlli yollarını axtarmaq, gənc mütəxəssislərin ideyalarını praktiki olaraq reallaşdırmaq və cəmiyyətin diqqətini bu sahəyə yönəltmək məqsədi daşıyır.Bu hərəkat Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunur və dəstəklənir.Yaxın gələcəkdə bu hərəkatın Qeyri Hökümət Təşkilatına çevrilməsi nəzərdə tutulur.

Missiyamız:

Aqrar İnkişaf Könüllüləri olaraq məqsədimiz aqrar sahənin inkişafı üçün çalışan könüllü cəmiyyəti formalaşdırmaqla gələcəkdə bu sahədə fəaliyyət göstərə biləcək ixtisaslaşmış kadrların yaranmasına təkan vermək, innovativ texnologiyaların və mövcud resursların səmərəli istifadəsinin təbliği ilə bu sahənin dayanıqlı inkişafına töhfə verməkdir.

Strateji Baxışımız:

Aqrar İnkişaf Könüllüləri olaraq baxışımız müasirliyi və ənənəvi dəyərləri əsas tutan, aqrar sahənin hərtərəfli inkşafında rolu olan zəhmətkeş və yaradıcı düşüncəyə sahib insanların cəmiyyətdə aktiv iştirakını artırmaqdır.

Könüllülərin fəaliyyət sahələri və istiqamətləri:

  1. Bitkiçilik sahəsində təcrübə toplamada iştirak
  2. Heyvandarlıq sahəsində təcrübə toplamada iştirak
  3. Fermerlərə tövsiyyələrin verilməsi
  4. Elektron kənd təsərrüfatı sistemin təbliği
  5. İnnovativ texnologiyaların tətbiqi
  6. Kənd təsərrüfatı qanunvericiliyi və fermerin hüquqları
  7. Dövlət xidmətlərinin göstərilməsinə dəstək
  8. Yeni bazar alətlərinin istifadəsində fermerlərə dəstək
  9. Torpaqların keyfiyyət meyarlarının ölçülməsi istiqamətində fermerlərə dəstək
  10. Nazirliyin aqrar sahə ilə bağlı qərarlarınının fermerlərə çatdırılması

Aqrar İnkişaf Könüllüsü olmaq üçün bu linkə daxil olun http://www.agro.gov.az/aqrar-nkiaf-knlls-olmaq-n-qeydiyyat

http://agro.gov.az/aqrar-nkiaf-knlllri-haqqnda-mlumat