Azərbaycan Dövlət Aqrar Universitetinin müəllim heyətinin Nəzərinə!

        Əziz müəllimlər,

        Sizi, Erasmus Plus proqramı çərçivəsində, 2016 – 2017 tədris ili üçün Sloveniyanın Nova Qoriça Universitetində keçiriləcək təlim proqramında iştirak etməyə və mühazirə deməyə dəvət edirik.  Təlim proqramı aşağıda qeyd edilən sahələr üzrə aparılacaq:

- Ətraf-mühit elmləri;

- Yeyinti sənayesi;

- Üzümçülük;

- Molekulyar genetika və biotexnologiya;

Təlim ingilis dilindədir. İştirak etmək istəyən şəxslər aşağıda qeyd edilən sənədləri ADAU-nun Beynəlxalq Əlaqələr şöbəsinə təhvil verməlidir:

  • Passportun nüsxəsi
  • CV
  • Dil səviyyəsini müəyyən edən sertifikat
  • Tövsiyə məktubu
  • Motivasiya məktubu
  • Tədris planı

                

            Təlim proqramının keçirilmə tarixi – Avqust-Sentyabr aylarında planlaşdırılır.

 

Təlim proqramının müddəti 10 (on) gündür.

Ərizələrin son qəbul tarixi: 18.06.2016

 

Əlaqə:  ADAU, Beynəlxalq Əlaqələr şöbəsi

Otaq 24-25, ADAU-nun İnzibati binası, Atatürk prospekti, 450

Gəncə, AZ2000
Tel: 022-256-33-56
e-mail: ird@adau.edu.az​

           office@adau.edu.az