ADA Universitetində təhsil üzrə menecment magistr proqramı həyata keçiriəcək

Bu proqram “ADA” universitetinin ABŞ-ın Miçiqan Dövlət Universiteti ilə birgə hazırladığı magistr proqramıdır və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Təhsil sahəsində işləyənlər və ya gələcəkdə təhsildə administrativ vəzifələrdə işləmək istəyənlər üçün uyğundur. Təhsilin idarə edilməsi üçün tələb olunan bilik və bacarıqların verilməsinə yönəldilmiş proqramdır.

Proqramın müddəti 2 ildir. Dərs cədvəli: həftədə 3 dəfədir.

Xaricdə tələbə mübadilə proqramı: 2 il ərzində iki dəfə 1 semestr müddətinə həyata keçirilir.

Əlavə məlumat almaq üçün Beynəlxalq Əlaqələr Şöbəsinə yaxınlaşa bilərsiniz.