2019/2020 tədris ilində ADAU-ya qəbul olan abituriyentlərin nəzərinə!

Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olan abituriyentlərin (I və II mərhələdən sonra) qeydiyyatı sentiyabr ayının 2-dək uzadılıb.

I mərhələdə qəbul olan ancaq qeydiyyatdan keçməyən və II mərhələdə qəbul olan abituriyentlər təhsil haqqını il ərzində mərhələlərlə ödəmək şərti ilə qeydiyyatdan keçə bilərlər. Qeydiyyat universitetin Atatürk prospekti 450 ünvanında yerləşən baş binasında aparılır.

Qeyd edək ki, qəbul olan abituriyentlərin qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.