Tələbələrin nəzərinə!

Nəzərinizə çatdırmaq istərdik ki, Türkiyə Respublikası dövlət təqaüd proqramı olan “Türkiye Bursları” (Türkiyə təqaüdləri) 2018-ci il bakalavr və magistr təhsili üçün təqaüd proqramı ilə bağlı müraciətlər 05 fevral – 05 mart 2018-ci il tarixləri arasında qəbul olunur.

Müraciətlər YALNIZ www.turkiyeburslari.gov.tr internet səhifəsi vasitəsilə edilməlidir.

Təqaüd proqramı ilə əlaqədar ətraflı məlumat  internet səhifəsindən əldə edilə bilər.