Bolonya prosesi

     

    Azərbaycan Respublikası 2005-ci il mayın 19-dan Bolonya prosesinə qoşulduqdan sonra təhsilimizin Beynəlxalq təhsil sisteminə inteqrasiyasında mühüm addımlar atılmışdır. Bolonya prosesinin məqsədi Avrpa təhsil məkanına daxil olmaq imkanını genişləndirmək, təhsilin keyfiyyətini və ona olan marağı daha da yaxşılaşdırmaq, tələbə və müəllimlərin mobilliyini yüksəltmək, bütün akademik dərəcələri və kvalifikasiyaları Avropa əmək bazarına yönəltməklə məzunlara işlə təmin olunmaq şəraiti yaratmaqdadır.

    Dünyanın inkişaf etmiş ölkələrində bu sistem uzun illərdir ki, tətbiq olunmaqla sınaqlardan müvəffəqiyyətlə çıxmışdır. Bu sistem tələbənin yüksək səviyyədə bilik əldə etməsi və keyfiyyətli mütəxəssis kimi yetişməsini nəzərdə tutur.

      ADAU-da bütün ixtisaslar üzrə mütəxəssis hazırlığı Bolonya təhsil sisteminin tələbləri çərçivəsində kredit sistemi ilə aparılır.