PRAXX proqramı

PRAXX proqramıPRAXX proqramı kənd təsərrüfatı və baytarlıq universitetlərinin bakalavr və magistrantları üçün Almaniyada istehsalat təcrübəsi təşkil edir.

Proqramda 2-ci kursdan yuxarı, A2 səviyyəsində alman və ya ingilis dili bilən tələbələr iştirak edə bilər. Təcrübəçilər südçülük və maldarlıq, süd emalı (pendir, qatıq istehsalı), bitkiçilik (dənli bitkilər, tərəvəzçilik və meyvəçilik), landşaft dizaynı, şərabçılıq, arıçılıq və s. təsərrüfatlarında təcrübə-təlim keçirlər.

Şirkətdən asılı olaraq təcrübəçi ayda 330 ilə 1100 avro arasında əmək haqqı əldə edir. Yerləşdirmə və yemək pulsuz təmin olunur. Tələbələrin çəkdikləri xərclər yalnız viza və yol xərclərini əhatə edir.

PRAXX proqramıPRAXX proqramıPRAXX proqramı
Sosial şəbəkələrdə paylaş: