IBW təcrübəsi

IBW- sənaye təcrübəsini həyata keçirən təşkilatdır. Təcrübənin məqsədi ixtisaslı mütəxəssislərin hazırlanmasının keyfiyyətini yüksəltmək, habelə mövcud ixtisaslara uyğun olaraq tələbələrin nəzəri biliklərini və praktiki bacarıqlarını artırmaq üçün sənaye təcrübələrini təşkil etməkdir.

Proqramda 2-ci kursdan yuxarı, A2 səviyyəsində alman və ya ingilis dilini bilən tələbələr iştirak edə bilərlər. Təcrübəçilər südlük və ətlik mal-qara yetişdirilməsi, süd emalı (pendir, qatıq istehsalı), bitkiçilik (dənli bitkilər, tərəvəzçilik və meyvəçilik), landşaft dizaynı, şərabçılıq, arıçılıq və s. təsərrüfat fermalarında təcrübi-təlim keçirlər. Şirkətdən asılı olaraq praktikant ayda 330 ilə 1100 avro arasında əmək haqqı alır.

Yaşayış yeri və yeməklə pulsuz təmin olunur. Tələbələrin çəkdikləri xərclər yalnız viza və uçuş prosedurlarına aiddir.

IBW təcrübəsiIBW təcrübəsiIBW təcrübəsiIBW təcrübəsi
Sosial şəbəkələrdə paylaş: