Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi



Dahi Şeyx Nizaminin, qəhrəman Cavad xanın ruhunu yaşadan Gəncə şəhəri tarixən azadlıq, milli müstəqillik yolunda işıq saçan məşəl olmuşdur. Azərbaycan tarixinin formalaşdığı, dövlətçilik ənənələrimizin təşəkkül tapdığı və mədəniyyət mərkəzi olan Gəncə şəhəri zəngin və şanlı tarixi keçmişi ilə şöhrət qazanıb. Gəncədə azərbaycançılıq məfkurəsi hər zaman öz ucalıq mərtəbəsində dayanıb. Bu şəhərdə 1918-ci ildə Azərbaycan Demokratik Respublikası fəaliyyətə başlayıb. Gəncə XX yüzillikdə ilk müstəqil dövlətimizin ilk paytaxtı olub. Bu da Gəncənin milli dövlətçilik tariximizdə yerini əziz edir.

1917-ci ilin fevralında Rusiyada Romanovlar mütləqiyyəti devrildikdən sonra hakimiyyətə gələn Müvəqqəti hökumət Cənubi Qafqazın idarəçiliyi üzrə Xüsusi Komitə yaratdı. Lakin Müvəqqəti hökumət uzun müddət hakimiyyətdə qala bilmədi. 1917-ci ilin oktyabrındakı hakimiyyət çevrilişindən sonra 1918-ci il fevralın 14-də Tiflisdə Zaqafqaziyanın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymi,başqa sözlə Zaqafqaziya parlamenti yaradıldı. Lakin istər daxili, istərsə də xarici siyasət sahəsində kəskin milli mənafe ziddiyyətlərinin olması Zaqafqaziya Seymi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti hökumətinin konkret addımlar atmasına imkan vermədi. Nəticədə 1918-ci il mayın 25-də gürcü nümayəndələr Seymdən çıxdılar və ertəsi gün - mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdilər.

Mayın 27-də Seymin Müsəlman Fraksiyasının, yəni Zaqafqaziya Müsəlman Şurasının üzvləri ayrıca iclaslarını keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər. Bu məqsədlə Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası, daha doğrusu, Azərbaycan parlamenti elan etdi. Bununla, əslində, ilk Azərbaycan parlamenti yarandı və Azərbaycanda ilk parlamentli respublikanın bünövrəsi qoyuldu. 1918- ci il mayın 27-də keçirilən həmin iclasda Azərbaycan Milli Şurasının Rəyasət Heyəti və sədri seçildi. M.Ə.Rəsulzadə Milli Şuranın sədri oldu. Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. Həmin iclasda iştirak edən Həsən bəy Ağayev (sədr), Mustafa Mahmudov (katib), Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Camo bəy Hacınski, Xosrov Paşa bəy Sultanov və başqaları Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul etdilər. İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə, bütün Şərqdə, ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun - parlamentli respublikanın yaradılacağından xəbər verirdi.

Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:
1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.
2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.
3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.
4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq, öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.
5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.
6. Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur.

Mayın 30-da Azərbaycanın öz müstəqilliyini elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə radio-teleqrafla məlumat verildi. Müsəlman Şərqində ilk demokratik və hüquqi dövlət kimi istiqlaliyyətini bütün dünyaya bəyan edən Azərbaycan ilk gündən beynəlxalq aləmdə tanınmağı qarşıya məqsəd qoydu.

1918-ci il iyunun 16-da Milli Şura və hökumət özünün fəaliyyət mərkəzini Gəncəyə köçürdü. Ölkədə yaranmış real vəziyyəti nəzərə alan Azərbaycan Milli Şurası iyunun 17-də Gəncədə iki mühüm qərar qəbul etdi: öz fəaliyyətini müvəqqəti olaraq dayandırdı; bütün hakimiyyəti (həm qanunvericilik, həm də icra hakimiyyətini) Müəssislər Məclisi çağırılanadək F.Xoyskinin sədrliyi ilə yaradılmış yeni - ikinci Müvəqqəti hökumətə həvalə etdi. Milli hökumət Gəncə şəhərinə indiki Azərbaycan Dövlət Aqrar Universitetinin inzibati binasında yerləşdi.

Azərbaycan Respublikasının müvəqqəti paytaxtının Gəncədə yerləşməsi haqqında dünyanın əsas siyasi mərkəzlərinə rəsmi bəyanat göndərildi. Lakin orada müxtəlif irticaçı qüvvələr Azərbaycan Milli Şurası və Müvəqqəti hökumətin işini pozmağa cəhd göstərirdilər. İyunun 17-də Milli Şuranın buraxılması və bütün qanunverici hakimiyyətin hökumətin səlahiyyətinə keçməsi haqqında qərar qəbul edildi. Qərarda bildirilirdi ki, hökumət hər vasitə ilə Azərbaycanın müstəqilliyini qorumalı, siyasi azadlıqlar, torpaq və başqa vacib qanunları ləğv etməmək şərti ilə qalan məsələlərin həllində tam ixtiyar sahibi olmalıdır. Müvəqqəti hökumət altı aydan gec olmayaraq Müəssislər Məclisinə seçkilər keçirib hakimiyyəti ona təhvil verməlidir. Nazirlər Şurasının tərkibində bəzi dəyişikliklər edildikdən sonra yeni kabinet işə başladı. Müxtəlif qüvvələr arasında mübarizə gücləndiyi üçün iyunun 19-da Azərbaycanda yaranmış gərgin vəziyyət nəzərə alınaraq ölkə ərazisində hərbi vəziyyət elan edildi. Bakı quberniyası Xalq Komissarları Sovetinin Gəncə üzərinə hazırladığı hücumun qarşısını almaq və daha sonra Qafqaz İslam Ordusunun köməyi ilə Bakını azad etmək üçün milli qoşun hissələrinin yaradılması sahəsində əməli işlər görülməyə başladı. Hökumət vaxt itirmədən bu istiqamətdə ciddi addımlar atırdı. Dövlət strukturlarının formalaşması məhz Gəncənin adı ilə bağlıdır. Cümhuriyyətin Gəncə dövrü bir sıra mühüm hadisələrlə zəngindir.

Məhz Gəncədə, ilk dəfə olaraq, milli bayrağımız başımızın üstündə dalğalanmağa başladı. Məhz Gəncədə Azərbaycan dili dövlət dili elan edildi. Məhz Gəncədə AXC-nin vətəndaşlığı haqda qərar qüvvəyə mindi. Məhz Gəncədə dahi Üzeyir bəyin başçılığı ilə «Azərbaycan» qəzeti işıq üzü gördü. Gəncənin ulu adı özünə qaytarıldı, Karyaqin qəzası Cəbrayıl adlandırıldı, Zaqatala Azərbaycanla əbədi birləşdirildi. Məhz Gəncədə dövlətin sosial – iqtisadi, maliyyə əsaslarını yaratmaq, sərhəd rayonlarında mühafizə, gömrük postlarının təşkili, bank əməliyyatlarının nizama salınması və digər istiqamətlərdə əməli addımlar atıldı. Xarici siyasətdə mühüm işlər görüldü: Daşnakların Azərbaycan xalqına qarşı törətdikləri cinayətləri araşdıran Fövqəladə Təhqiqat Komissiyası yaradıldı. Komissiya qısa bir vaxtda 36 cild və 3500 vərəqdən, 100-dən çox fotoşəkildən ibarət təhqiqat materialları hazırladı və dünya ictimayyətinə çatdırmaq üçün konkret işlər gördü. Sentyabrda keçiriləcək Paris Sülh Konfransında dünyanın böyük dövlətlərinin müstəqil Azərbaycanı dəstəkləməsi üçün lazımı işlər aparmaq məqsədilə, həmin dövlətlərə komissiyalar göndərildi. Ən başlıcası, məhz Gəncədə Milli Ordumuzun təşkili sahəsində ilk addımlar atıldı. Azərbaycan dövlətçiliyini qorumaq, ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün real işlər görüldü : hərbi nazirlik, hərbi zavod yaradıldı. Hərbi mükəlləfiyyət haqda qərar qəbul edildi. Zabit kursları təşkil olundu. 26 iyun 1918-ci ildə isə, Azərbaycan dövlətinin ilk nizami hərbi qüvvəsi olan müsəlman korpusu əsasında «Əlahiddə Azərbaycan korpusu» yaradıldı. Bakı Sovetinin Gəncə üzərinə hücumunun qarşısı Azərbaycan – türk birləşmiş qoşunları tərəfindən alındı.

Tam 3 ay, 16 iyun- 15 sentyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Gəncə şəhərində fəaliyyət göstərdi. 3 ay Gəncə dövrü ərzində dövlətçilik üçün vacib olan 200 –dən çox müxtəlif qərarlar qəbul edilmişdir.

Onların içərisində:
1. 1918-ci ilin yunun 17-də - Milli Şura buraxıldı və II hökumət təşkil edildi.
2. 1918-ci ilin iyunun 19-da - Türk-müsəlman əhalisinə qarşı davam edən soyqırımın və təxribatların qarşısını almaq üçün Azərbaycan ərazisində hərbi vəziyyət elan edildi.
3. 1918-ci ilin iyunun 21-də -AXC-nin qırmızı fonda ay və səkkizguşəli ulduzdan ibarət rəsmi dövlət bayrağı qəbul edildi.
4. 1918-ci ilin iyununda Ə.Cavadın və Ü. Hacıbəyovun müəllifləri olduqları Dövlət Himni qəbul edildi.
5. 1918-ci ilin iyunun 26-da - Gəncədəki müsəlman korpusu “ Əlahiddə Azərbaycan korpusu” adlandırıldı və Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıldı. Milli hərbi kadrlar hazırlamaq üçün hərbi məktəblər təşkil edildi.
6. 1918-ci ilin iyunun 27-də - Azərbaycan dili dövlət dili elan edildi. Məktəblər milliləşdirildi, yeni məktəblər, pedaqoji kadrlar hazırlamaq üçün 2 aylıq müəllim kursları açıldı.
7. 1918-ci ilin iyununda Dövlət orqanı olan “ Azərbaycan” qəzeti Ü.Hacıbəyovun redaktorluğu ilə nəşr edilməyə başlandı, “ Azərbaycan hökumətinin xəbərləri” adlı dövlət mətbuat orqanı nəşr edildi.
8. 1918-ci ilin iyunun 28-də - Zaqatala dairəsi Azərbaycan Xalq Cümhuriyyətinə birləşdirildi.
9. 1918-ci ilin iyulun 1-də - Dəmir yolunun yaradılması haqqında qərar qəbul edildi.
10. 1918-ci ilin iyulun 5-də - Gəncə dairə məhkəməsinin nəzdində hərbi məhkəmə təşkil edildi.
11. 1918-ci ilin iyulun 15-də - Milli hökumətin qəbul etdiyi ən mühüm qərarlarından biri erməni-bolşevik birləşmələrinin Aərbaycan xalqına qarşı törətdikləri cinayətləri araşdırmaq üçün Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqında oldu.
12. 1918-ci ilin avqustun 10-da poçt-teleqraf sistemi yaradıldı.
13. 1918-ci ilin avqustun 23-də - AXC-nin vətəndaşlığı haqqında qərar qəbul edildi.
14. 1918-ci ilin avqustun 28-də - Azərbaycanın ibtidai təhsil ocaqlarında tədrisin hökmən azərbaycan dilində aparılması qərara alındı.
15. 1918-ci ilin avqust 30-da - Azərbaycan hökumətinin qərarına əsasən Yelizavetpol və Karyaginin tarixi adları bərpa olunaraq Gəncə və Cəbrayıl adlandırıldı. Ağdaş qəsəbəsi şəhər statusu aldı.
16. 1918-ci ilin sentyabrın 1-də -Hərbi Nazirlik təsis edildi.

Yuxarıda adları sadalanan və sadalanmayan bu qərarlar dövlətçilik üçün çox vacib olmaqla tariximizdə özünəməxsus yer tutur. Ümumiyyətlə Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə dövrü XX əsrdə dövlətçilik tariximizin təməl daşlarının əsasının qoyulduğu şərəfli bir tarixi dövürdür.

Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi
Azərbaycan Xalq Cümhuriyyəti MuzeyiAzərbaycan Xalq Cümhuriyyəti MuzeyiAzərbaycan Xalq Cümhuriyyəti MuzeyiAzərbaycan Xalq Cümhuriyyəti Muzeyi
Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi
Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi
Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi
Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi
Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi
Azərbaycan Xalq Cümhuriyyəti MuzeyiAzərbaycan Xalq Cümhuriyyəti Muzeyi
Azərbaycan Xalq Cümhuriyyəti MuzeyiAzərbaycan Xalq Cümhuriyyəti MuzeyiAzərbaycan Xalq Cümhuriyyəti MuzeyiAzərbaycan Xalq Cümhuriyyəti Muzeyi
Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi
Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi
Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi
Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi
Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi
Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi
Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi
Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi
Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi
Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi
Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi
Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi
Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi
Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi
Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi
Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi
Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi
Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi
Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi
Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi
Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi
Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi
Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi
Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi
Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi
Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi
Azərbaycan Xalq Cümhuriyyəti MuzeyiAzərbaycan Xalq Cümhuriyyəti Muzeyi
Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi
Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi
Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi
Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi
Azərbaycan Xalq Cümhuriyyəti MuzeyiAzərbaycan Xalq Cümhuriyyəti MuzeyiAzərbaycan Xalq Cümhuriyyəti MuzeyiAzərbaycan Xalq Cümhuriyyəti MuzeyiAzərbaycan Xalq Cümhuriyyəti MuzeyiAzərbaycan Xalq Cümhuriyyəti MuzeyiAzərbaycan Xalq Cümhuriyyəti MuzeyiAzərbaycan Xalq Cümhuriyyəti MuzeyiAzərbaycan Xalq Cümhuriyyəti MuzeyiAzərbaycan Xalq Cümhuriyyəti MuzeyiAzərbaycan Xalq Cümhuriyyəti Muzeyi
Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi
Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi
Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi
Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi
Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi
Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi
Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi
Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi
Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi