ADAU Türkiyənin Ege Universiteti ilə birgə 4 ixtisas üzrə beynəlxalq ikili diplom proqramlarına tələbə qəbulu elan edir

8 aprel 2019-cu il tarixində Azərbaycan Dövlət Kənd Təsərrüfatı Universiteti ilə Türkiyə Respublikasının Ege Universiteti arasında Azərbaycan Respublikasının Təhsil Nazirliyində Əməkdaşlıq Protokolu imzalanıb.

Protokol ölkə Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı ikitərəfli diplom proqramları üzrə danışıqların aparılmasını nəzərdə tutur.

Qarşılıqlı razılıq əsasında 2020-2021-ci tədris ilindən layihənin icrasına başlanılıb. Təhsil prosesi Dövlət Proqramı çərçivəsində Ege Universitetinin kurikulumlarına əsasən həyata keçirilir və təhsil hər iki universitetin diplomlarının verilməsi ilə yekunlaşır.

Tədris ödənişsizdir. Dərslər Ege Universitetindən dəvət olunmuş professorlar tərəfindən türk dilində keçirilir.

ADAU Türkiyənin Ege Universiteti ilə birgə 4 ixtisas üzrə beynəlxalq ikili diplom proqramlarına tələbə qəbulu elan edirADAU Türkiyənin Ege Universiteti ilə birgə 4 ixtisas üzrə beynəlxalq ikili diplom proqramlarına tələbə qəbulu elan edir


Sosial şəbəkələrdə paylaş: